Keçmiş sovet respublikalarından olan turistlər istirahət üçün Latviyanı əvvəlki kimi həvəslə seçmirlər. Buna səbəb ölkənin avroya keçməsindən sonra qiymətlərin sürətlə artmasıdır.
Latviyanın turizm baxımından əsas gəlir mənbəyi olan rusiyalı turistlər indi daha çox Türkiyə və Macarıstana üz tuturlar. Lakin Latviya hələlik ilk onluqda qalır. Siyahıda, həmçinin Yunanıstan, Gürcüstan, Çexiya, Azərbaycan və Bolqarıstan var.
Bu il ən bahalı istiqamətlər isə Yamayka, İsveçrə, Seyşel adaları və Mavrikidir.