Azərbaycanın altı ölkədə xarici turizm nümayəndəliyi fəaliyyətə başlayıb. Bu nümayəndələr xarici vətəndaşlardır və onlar Azərbaycan Dövlət Turizm Bürosundan rəsmi əməkhaqqı alırlar.
Agentliyin icraçı direktor müavini Bəhruz Məmmədov bildirib ki, nümayəndələr Azərbaycana göndərdikləri turistlərin sayına görə marja almayacaqlar.
Agentliyin işçisi kimi əməkhaqqı alan bu şəxslər məsul olduqları regionlardakı bütün sərgi və tədbirlərdə Azərbaycanı təmsil edəcəklər və turizm məhsullarımızın təbliğinə çalışacaqlar.
Büro rəsmisi əməkhaqlarının ümumi məbləği barədə sualımıza cavab olaraq bu rəqəmi səsləndirə bilməyəcəyini bildirib.