“Buta Airways” aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni verib.
Aviaşirkət yay mövsümündə – iyunun 15-dən sentyabrın 15-dək Bakı-Tbilisi-Bakı istiqaməti üzrə əlavə olaraq 5 uçuş yerinə yetirəcək.
Bakıdan Tbilisiyə həftədə, ümumilikdə, 19 reys (“Buta Airways” – 17 reys, AZAL – 2 reys) həyata keçiriləcək.
Uçuşlar “Embraer E190”, “Airbus A319”, “Airbus A320” və “Boeing B757” tipli təyyarələrlə yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL-ın nəzdində fəaliyyət göstərən “Buta Airways” şirkəti 2017-ci ilin sentyabrından Bakı-Tbilisi reyslərini yerinə yetirir. Bu gündən etibarən isə şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşlara başlayıb.