Amerikada birləşən iki ölkə
Argentina və Uruqvay dünya çempionatına birgə ev sahibliyi etmək niyyətindədilər.
Publika.az xəbər verir ki, bu ölkələr 2030-cu ildə keçiriləcək mundiala birgə ev sahibliyi etmək üçün ərizə verməyi planlaşdırırlar. Bu barədə Argentina prezidenti Maurisio Makri məlumat verib:
“Bizim ölkələr DÇ-2030-a ev sahibliyi etmək üçün birgə fəaliyyət göstərəcəklər”.
DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. 2026-cı ildə isə dünya çempionatı Şimali Amerikada keçiriləcək. ABŞ turniri təkbaşına, Meksika və ya Kanada ilə birgə də təşkil edə bilər.