Ev Turizm Xəbərləri Dahran şəhərində keçirilən “Xalqların yürüşü” adlı tədbirdə Azərbaycan da təmsil olunub

Dahran şəhərində keçirilən “Xalqların yürüşü” adlı tədbirdə Azərbaycan da təmsil olunub

Dahran

Səudiyyə Ərəbistanı Krallığının Dahran şəhərində “Xalqların yürüşü” adlı tədbir keçirilib. 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi tədbir ölkənin milli neft şirkəti olan “Saudi Aramco” şəhərciyində təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, vətənimizi tədbirdə şirkətin azərbaycanlı əməkdaşları və onların ailə üzvləri təmsil ediblər. Altı azərbaycanlı ailənin təşkil etdiyi Azərbaycan guşəsində üçrəngli dövlət bayrağımız, müxtəlif süvenirlər və milli mətbəximizin şirniyyat nümunələri təqdim olunub. Milli geyimli soydaşlarımız iştirakçılara ölkəmizin tarixi, çoğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, turizm potensialı barədə ətraflı məlumat veriblər. Qonaqları milli mətbəx nümunələrimizə qonaq ediblər.

Qeyd edək ki, hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti hesab olunan “Saudi Aramco” Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağına nəzarət edir.