Ən dar ev
Dünyanın ən dar evi Polşanın paytaxtı Varşavada yerləşir. Onun eni yerindən asılı olaraq, 92-152 santimetr arasında dəyişir.

Gezmeli.az AZƏRTAC-a istinadla xəbər verir ki, iki bina arasında tikilən və iki mərtəbədən ibarət evdə yataq, mətbəx, vanna, hətta qonaq otaqları var.

Polşa arxitektoru Yakub Şens tərəfindən layihələndirilən və normal yaşayış üçün yararsız hesab edilən ev rəssamların müvəqqəti sığınacağı üçün nəzərdə tutulub.
