Çinin Memarlıq Dizayn Bürosu və Zhejiang Universitetinin Tədqiqat İnstitutu Guangdong əyalətinin mənzərəli bir yerində uzunluğu 526 metr olan şüşəli asma körpünün inşasını başa çatdırıb.
KONKRET.az xəbər verir ki, məlumatı Popmech nəşri yayıb.
Açılışından dərhal sonra müəssisə rəsmi olaraq dünyanın ən uzun şüşədən ibarət olan asma körpüsü kimi tanınıb.
İndi o, Ginnesin Rekordlar Kitabına düşüb.
Körpü yalnız turizm məqsədi ilə tikilib. Dərənin iki tərəfini çaydan 201 metr yüksəklikdə birləşdirir. Yerli hakimiyyət orqanları materialların şəffaflığının və təbiətin gözəlliyinin bu yerlərə çox sayda səyahətçi gətirəcəyinə əmindir.
Təhlükəsizlik üçün körpü polad materialla, həmçinin ziyarətçilərin başqalarını narahat etmədən dayanaraq şəkil çəkdirə biləcəyi səkkiz metr enində dörd adacıqla təchiz edilib.
Layihə yaradıcılarının dediyi kimi şüşə körpünün inşası üçün təsadüfən seçilməyib. Daha doğrusu, material yalnız turistləri cəlb etmək üçün deyil, funksiyalarından biri də ətraf mühitlə birləşməkdir.
“Layihə heyəti yeni tikinti metodlarını tətbiq edərək, memarlığın təbiətə qüsursuz bir şəkildə inteqrasiyasını həyata keçirib” deyirlər.
Maraqlıdır ki, bu, Çində rekord qıran ilk şüşə asma körpü deyil. 430 metr uzunluğundakı Zhangjiajiedəki ilk bu cür şüşə körpü, 2016-cı ildə dünyanın ən hündür və ən uzun körpüsü olub. 2018-ci ildə Hongyaguda 488 metrlik bir asma körpünün meydana çıxması ilə dərəcəsini itirib. 2019-cu ildə BBC ölkədə 2300 şüşə körpünün olduğunu təxmin edib.