Lyublyana – Sloveniya’nın paytaxtı olub, əhalisi 280 minə yaxındır. Sava çayının hövzəsində yerləşən bu şəhəri bənzərliyi baxımından “kiçik Praqa” da adlandırırlar.
May ayında edəcəyim Balkan turunda bu şəhərə də gedəcəyim üçün tarixi və görməli yerlərini araşdırdım. Gəldikdən sonra təəsüratlarımı ayrıca yazacağam, indilik isə özüm üçün qeyd etdiyim siyahını sizlərlə də paylaşım.
1) Ljubljana Castle (slovencə Ljubljanski grad) – turistlərin ilk ziyarət etdiyi bu qala şəhərin mərkəzində təpədə yerləşir, XII əsrdə inşa edilib. XVI əsrə kimi müdafiə obyekti kimi, ondan sonra isə həbsxana kimi istifadə edilib. Kompleksin daxilində tarix muzeyi yerləşir, həmçinin şəhərə çox gözəl mənzərə açılan qülləsi var. Funiklyorla gediş qiyməti və qalaya giriş üçün bilet qiyməti 10Avro, tələbələr üçün isə 7 Avrodur.
