YAPONİYA
Yapon dövlətinin rəsmi dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin kandzi xəttindən dönmüş xəttdir. Kandzi hiraqana və katakanada istifadə olunur. Bundan başqa imatokana deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kandzii hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində xüsusi şirkət adları , reklamlar və yapon dilinin kompyuterə keçirilmesinde romacı adı verilən latın əlifbası işlənir.
TƏBİƏTİ
Yaponiya Şərqi Asiyanın Sakit okean sahili boyunca uzanan 6.852 adadan ibarətdir. Sahil xəttinin uzunluğu təqribən 30 min km təşkil edir. Tərkibinə daxil olan bütün adaları hesaba qatdıqda ölkə 24° və 46° şimal en dairələri arasında və 122° və 146° şərq uzunluqları arasında yerləşir. Əsas adaları, şimaldan cənuba olmaqla, Hokkaydo, Honşu, Şikokuvə Kyuşudur. Okinava prefekturasının da daxil olduğu Ryukyu adaları Kyuşu adasının cənubu ilə əlaqələnir. Ümumilikdə bütün adalar birlikdə Yapon arxipelaqını əmələ gətirir.
Yaponiyanın 73 %-i meşəlik, dağlıq və sənaye, kənd təsərrüfatı və yaşayış üçün əlverişsiz ərazilərdən ibarətdir. Nəticədə, məskunlaşılmış ərazilər əsasən sahil zonalarına cəmlənmişdir və sahil zonalarındakı yaşayış məntəqələri əhalinin sayına görə fərqlənir. Yaponiya dünyada əhalinin ən sıx məskunlaşdığı ölkələrdən biridir.
Yaponiya adaları Sakit okean Odlu qövsündəki vulkanik zonada yerləşir. Adalar Silur dövrünün ortalarından Pleystosen dövrünə qədər davam etmiş okeanaltı tektonik fəaliyyətlərin nəticəsidir. Bu tektonik fəaliyyətlər Filippin plitəsinin materik mənşəli Amur və Okinava plitələrinin cənubuna doğru subduksiyası və Sakit okean plitəsinin Oxot plitəsinin şimalına doğru subduksiyası ilə xarakterizə olunur. Yaponiya əslində Avroasiya materikinin şərq sahilinə bitişik idi. 15 milyon il əvvəl hərəkət edən plitələr Yaponiyanı materikdən ayıraraq şərqə doğru “sürükləmişdir” və Yapon dənizinin əmələ gəlməsinə səbəb olmuşdur.
Yaponiyada 108 fəaliyyətdə olan vulkan yerləşir. XX əsr boyunca Hokkaydodakı Şova-şinzan və Beyonesu qayalıqlarındakı Myocin-şo kimi bir neçə yeni vulkan püskürmüşdür. Tez-tez sunami ilə nəticələnən dağıdıcı zəlzələlər hər əsrdə bir neçə dəfə meydana çıxmışdır. 1923-cü ildə Böyük Kanto zəlzələsi 140.000 nəfərin ölümünə səbəb olmuşdur. Digər baş vermiş dağıdıcı zəlzələr Böyük Hanşin zəlzələsi (1995) və Tohoku zəlzələsidir (2011). Tohoku zəlzələsi 11 mart 2011-ci ildə baş vermiş və dəhşətli sunamiyə səbəb olmuşdur. Odlu qövsdəki mövqeyinə görə Yaponiya zəlzələ və sunamilərə meyilli ölkədir və inkişaf etmiş ölkələr arasında ən böyük təbii fəlakət riskinə malik dövlətdir.
İQTİSADİYYATI
Müasir Yaponiya iqtisadiyyatı Edo dövründə böyüməyə başlamışdır. Edo dövrünün salamat qalmış elementləri su və quru yolları, eləcə də Osaka düyü brokerlərinin fyuşers kimi maliyyə vasitələri aiddir. 1868-ci ildə başlamış Meyci dövründə Yaponiya bazar iqtisadiyyatından faydalanaraq inkişaf etmişdir. Müasir dövrün bir çox müəssisəsi bu dövrdə peyda olmuş və Yaponiya Asiyanın ən inkişaf etmiş dövləti olmuşdur. 1960-cı illərdən 1980-ci illərə qədər Yaponiya iqtisadiyyatı olduqca inkişaf etmişdir (“Yaponiya iqtisadiyyatının möcüzəsi”): 1960-cı və 1970-ci illərdə 7,5 % və 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində isə 3,2 % ortalamasına çatmaq mümkün olmuşdur.
İqtisadiyyatın inkişafı 1990-cı illərdə (“İtirilmiş onillik”) baş vermiş Yaponiya iqtisadi köpüyünə görə yavaşlamağa başlamışdır. İqtisadiyyatı yenidən dirçəltmək səyləri uğursuz olmuşdur və ardınca 2000-ci ildə dotkom köpüyü baş vermişdir. İqtisadiyyat 2005-ci ildə bərpa olunmağa başlanmışdır; ÜDM 2005-ci ildə ABŞ və Avropa ölkələriningöstəricilərini keçərək 2,8 % artmışdır.
2012-ci ildən Yaponiya ÜDM baxımından ABŞ və Çindən sonra dünyanın ən güclü 3-cü milli iqtisadiyyatına, alıcılıq qabiliyyəti pariteti baxımından isə ABŞ, Çin və Hindistandan sonra dünyanın ən güclü 4-cü milli iqtisadiyyatına malikdir. 2014-cü ildə Yaponiyanın dövlət borcunun illik Ümumi Daxili Məhsulun 200 %-dən çox olduğu hesablanmışdır (bu göstəriciyə görə dünyada birincidir).
NƏQLİYYAT
Yaponiyanın yol xərcləri əhatəli olmuşdur. Ümumi uzunluğu 1,2 milyon kilometr olan yol şəbəkəsi nəqliyyatın əsasını təşkil edir. Məhdud ödənişli avtomobil yolları əsas şəhərləri əlaqələndirir və rüsum toplayan məntəqələr tərəfindən nəzarət olunur. Yeni və istifadə olunmuş avtomobillər ucuzdur; avtomobil mülkiyyətçiliyindən və yanacaqdan əldə olunan gəlir enerjinin məhsuldarlığını artırmaqda istifadə olunur. Lakin keçdiyi bütün məsafənin cəmi 50 faizində, Yaponiya avtomobilin istifadəsinə görə G8 ölkələri arasında ən aşağı göstəriciyə malik ölkədir.
1987-ci ildəki özəlləşdirmədən bəri Yaponiya dəmiryol şirkətlərinin çoxu regional və yerli sərnişindaşıma bazarında rəqabət içərisindədir. Yaponiyanın əsas dəmiryol şirkətləri Japan Railways Group, Kintetsu Corporation, Seibu Railway və Keio Corporation şirkətləridir. Maksimum sürətləri 240–320 km/saat olan Şinkansen qatarları Yaponiyanın əsas şəhərlərini birləşdirir. Yaponiya qatarları təhlükəsizliyinə və dəqiqliyinə görə tanınır. Tokio ilə Osaka şəhərləri arasında yeni Maglev xəttinin salınması təklifi müasir mərhələdədir. Yaponiyada 175 hava limanı yerləşir; Yaponiyanın ən böyük hava limanı olan Tokio hava limanı (və ya Haneda hava limanı) Asiyanın ikinci ən işlək hava limanıdır. Yaponiyanın digər ən böyük hava limanları Narita hava limanı, Kansai hava limanı və Çubu hava limanıdır. Naqoya limanı Yaponiyanın ən böyük və işlək limanıdır. Ölkənin ticarət dəyərinin 10 %-i bu limanın payına düşür.
MƏDƏNİYYƏTİ
Yaponiya mədəniyyəti ölkənin tarixi köklərindən son dərəcə təsirlənərək inkişaf etmişdir. Müasir mədəniyyət isə Asiya, Avropa və Şimali Amerikanın təsiri ilə formalaşmışdır. Ənənəvi Yaponiya mədəniyyəti keramika məmulatları, toxuculuq məhsulları, lakirovanlar və gəlinciklər kimi əl işləri ilə, bunraku, kabuki, noh, rəqs və rakuqo kimi performans sənətləri ilə, çay mərasimi, ikebana, döyüş sənətləri, xəttatlıq, oriqami, onsen, Geyşa, xalq oyunları və digər məşğuliyyətlərlə xarakterizə olunur. Yaponiya nəzərə çarpan və ya nəzərə çarpmayan Mədəniyyət abidələrini və Milli xəzinələrini qorumaq və tanıtmaq üçün sistem inkişaf etmişdir. Yaponiyanın 19 yeri YUNESKO-nun Ümumdünya irsi siyahısına düşmüşdür və bu yerlərdən 15-i mədəni əhəmiyyət daşıyır.
MƏTBƏXİ
Yaponiya mətbəxi təməl qida növləri, səciyyəvi olaraq yapon düyüsü və ya əriştələri, sous və okazu (balıq, tərəvəz və tofudan hazırlanan yemək) ilə xarakterizə olunur. Müasir dövrün əvvəllərində istifadə olunmağa başlanan qırmızı ət kimi inqredientlər əvvəllər Yaponiyada geniş istifadə olunmamışdır. Yaponiya mətbəxi yeməklərin mövsümiliyinə və prezentasiyasına, inqredientlərin keyfiyyətinə görə tanınır. Milli mətbəxlə yanaşı regional mətbəxlər də ənənəvi reseptləri və yerli inqredientləri ilə seçilir. Mişlen bələdçisisi tərəfindən restoranları ən çox ulduz alan ölkə Yaponiyadır.
Yaponiya həqiqətəndə fərqliliyi ilə seçilən ölkələrdəndir.