Gürcüstanın turizmdən əldə etdiyi gəlirin 80 faizi qonşu ölkələrin payına düşür. Ötən il Gürcüstan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən milyondan çox turist qəbul edib. Lakin, Gürcüstan epidemioloji vəziyyətini heç nəyə qurban verə bilməz.
Gezmeli.az Azərtaca istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Maliyyə naziri İvane Maçavariani ölkənin “İmedi” televiziya kanalına müsahibəsində söyləyib.
Onun sözlərinə görə, risk və potensial gəlirlər, faydalar balanslaşdırılmalıdır. Əks halda, Gürcüstan risklə üz-üzə qala bilər.
“Gürcüstanın ənənəvi turizm bazarlarında pandemiyaya qalib gəlinərsə və nisbətən təhlükəsiz templərə nail olunarsa, yalnız bu halda həmin ölkələrlə sərhədlər açıla bilər”, – deyə Mçavariani vurğulayıb.
Nazir deyib ki, beynəlxalq turizmlə bağlı koronavirusun idxalı minimal həddə olmalıdır.