Ev Gəzməli yerlər Gürcüstan biznesmenlər üçün cənnət olacaq

Gürcüstan biznesmenlər üçün cənnət olacaq

                           Gürcüstan

Gürcüstan Maliyyə Nazirliyi kiçik sahibkarlar üçün güzəştlərin nəzərdə tutduğu yeni vergi təşəbbüsü ilə çıxış edib.

Gezmeli.Az-ın xəbərinə görə, bu barədə “Qruziya Online nəşri” məlumat yayıb.

Vergi reforması layihəsinə əsasən, kiçik sahibkar qismində iqtisadi fəaliyyətinin gəlirləri ilə 500 min larini (200 min dollar) keçməyən şəxslər çıxış edə bilər.

Gürcüstan

Hazırkı qaydalara görə, kiçik sahibkar statusunu gəlirləri 100 min lariyə (40 min dollar) qədər olan şəxslər ala bilər.

Kiçik sahibkarlar üçün vergi dərəcəsi beş dəfə – 5 %-dən 1%-ə qədər endirilir.

Gürcüstan

Ölkənin maliyyə naziri Mamuka Baxtadze bildirib ki, yeni layihəyə əsasən, əvvəlcədən vergi ödəmə təcrübəsi ləğv olunur və kiçik sahibkarlar vergini yalnız hər ayın sonunda ödəyəcəklər.

Kiçik sahibkarlar həmçinin “əlavə müsahibatlıqdan” azad ediləcəklər, onlar yalnız kassa aparatı və qaimə-fakturalardan istifadə edəcəklər.