Ev Turizm Xəbərləri İraq qədim Babil şəhərinin bərpasına 49 milyon pul ayırıb

İraq qədim Babil şəhərinin bərpasına 49 milyon pul ayırıb

İraq

İraqın Mədəniyyət, Turizm və Abidələr naziri Əbd-əl-Əmir əl-Hamdani bildirib ki, UNESCO-nun Babil şəhərinin Dünya İrsi siyahısına salınmasını bir qədər gecikmiş addım hesab edir.

Xatırladaq ki, iyulun əvvəlində UNESCO-nun 43-cü sessiyasnda  Babil şəhəri Dünya İrsi siyahısına daxil edib.

“Babil dünyanın ən qədim şəhərlərindən biridir. O, bütün dünya üçün işıq mənbəyi olaraq qalır, tarixin yaradılışı oradan başlayır, bu şəhər UNESCO-un Dünya irsi siyahısına daxil olmağa layiq idi”, – nazir deyib.

O, UNESCO-nun qərarından sonra məbədlərin müdafiəsi və qədim şəhərin bərpası məqsədilə nazirliyin ixtisaslaşmış arxeoloji qruplar yaratdığıını qeyd edib. Bu məqsədlə yerli hökumət 49 milyon dollar ayırıb və yaxın dörd ildə də təxminən eyni məbləği ayırmaq niyyətindədir.

Babil xarabalıqları hazırkı El-Xill şəhərinin kənarında, Bağdadın cənubundakı 90 kilometrliyində yerləşir.