İstanbul
İstanbul yanvar-avqust ayında 6 milyon 952 min 86 xarici turist qarşılayıb.

Türk mətbuatına istinadən xəbər verir ki, İstanbula gələnlər arasında Səudiyyə Ərəbistanı, İran və Almaniya vətəndaşları üstünlük təşkil ediblər.

Statistika
Statistika göstərir ki, son bir neçə ildə ərəb ölkələrindən İstanbula gələn qonaqların sayı artır.

Ötən ilin yanvar-avqust ayında Ərəb ölkələrindən 1 milyon 303 min 631 turist İstanbula səfər edib. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 36,7 faiz artaraq, 1 milyon 782 min 536 nəfər təşkil edib.