Engelberq – İsveçrənin Obvalden dairəsində yerləşən, mənzərəli, dağ zirvələri ilə əhatə olunan kiçik şəhərdir.
AZƏRTAC İsveçrənin bu kurort şəhərindən reportaj təqdim edir.
Turistləri əsasən bu kurorta cəlb edən Titlis dağıdır. Bu dağın zirvəsindən başı qarlı Alpa xoş təsir bağışlayan mənzərə açılır. Yuxarıda ziyarətçilər buzlaqda çapılmış tunellə keçərək, Avropada ən hündür asma körpüdə gəzişə və ya xizək sürə bilərlər. Dağın döşü ilə çəkilən kanat yolunun aşağı stansiyası Engelberqdə yerləşir.
