Kanada
Bir çoxları üçün Kanada vətəndaşlığını almaq həmişə maraqlı olub. Bu ölkə öz təbiəti və başqa xüsusiyyəti ilə həmişə immiqrantların diqqətini çəkib.
Bunu nəzərə alaraq, fins.az Kanadada vətəndaşlıq almaq qaydaları ilə bağlı proseduru araşdırıb.
Hazırkı qaydalara görə, Kanadada vətəndaşlıq almaq üçün ilk növbədə fiziki olaraq Kanadada olmalısınız. Bunun üçün ən azından 6 il ərzində 1460 (4 il) gün bu ölkədə daimi yaşayış hüququ almış şəxs kimi Kanadada yaşamalısınız. Həmçinin vətəndaşlıq almaq istəyən şəxsin 19 -dan çox yaşı olmalı və bu ölkənin iki rəsmi dilindən ən azı birini bilməlidir. Bundan başqa, Kanada vətəndaşlığını almaq üçün aşağıdakı sənədləri doldurulmalıdır.
Sənədlər
CIT0002E – sənədi doldurulmalıdır
Təhsil təqaüdü oxunmalıdır
Ərizə qəbul olunduqdan sonra xüsusi testdən keçmək lazımdır
Andiçmə mərasiminə gedin və vətəndaşlıq pasportunuzu əldə edin
Kanada Immigration and citizenship qurumu ərizə verənin ərizəsinə baxdıqdan sonra onlar bildirişi aidiyyəti orqana göndərirlər və vətəndaşlıq verilməsi haqqında məlumat bazaya yerləşdirilir.
Bundan başqa, aidiyyəti orqan təhsil təqaüdü olan Discover Canada: The Rights and Responsibilities of Citizenship (Öhdəliklər və hüquqlar ) göndərir ki, vətəndaşlıq almaq istəyən şəxs testdən keçmək üçün mütləq bu qaydaları yaxşı öyrənməlidir.
Daha sonra Immigration and citizenship (CİC) testin vaxt və tarixi haqqında vətəndaşlıq almaq istəyən şəxsə bildiriş göndərir. Bildirişdə imtahanın vaxtı göstərilir. İmtahan iki cür ola bilər: şifahi və ya yazılı. Əgər vətəndaşlıq almaq istəyən şəxsin görmə qabiliyyəti zəifdirsə və ya əcnəbi dildə bir o qədər yaxşı yaza bilmirsə, o zaman imtahan şifahi formada vətəndaş hakiminin iştirakı ilə həyata keçirilir. Daha sonra gələcək Kanada vətəndaşı imtahana gəlməlidir. Əgər vətəndaşlıq almaq istəyən şəxs test imtahanına gəlmirsə, o zaman CİC tərəfindən həmin şəxsə müraciət yollanır və 30-90 gün ərzində şifahi şəkildə imtahan verməsi üçün şərait yaradılır.
Qeyd edək ki, vətəndaşlıq sertifikatı bütün bu prosedurları keçdikdən sonra andiçmə mərasimində verilir.