Ev Turizm Xəbərləri Koronavirus Azərbaycan turizminə də təsir göstərir

Koronavirus Azərbaycan turizminə də təsir göstərir

turizm

“Koronavirusun Çində aşkarlanması və dünyaya sürətlə yayılması təkcə Azərbaycan turizminə deyil, dünya turizminə mənfi təsir göstərir”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib. Onun sözlərinə görə, dünya turizmində böhran mərhələsi yaranıb.

İranda koronavirusun yayılması ilkin mərhələdədir. Dövlət tərəfindən hər hansı qadağa qoyulmayıb. Sərhəd-keçid məntəqələrində gücləndiriliş tədbirlər keçirilir, sərhədin bağlanmasına dair rəsmi qadağa yoxdur. Turizm şirkətlərinin atacağı addım dövlətin, Xarici İşlər, Səhiyyə nazirliklərinin və Dövlət Gömrük Komitəsinin hansı qərar verməsindən asılıdır. Burada psixoloji məsələ də var. Virus dünyada yayılandan sonra insanların psixologiyasında fikir formalaşıb ki, heç hara getməsin, öz ehtiyat tədbirlərini görsün, özünü qorusun”. 


O.Bədəlov bildirib ki, dövlət qurumlarının İranla bağlı qərarı, sərhəd-keçid məntəqələrinin bağlanıb-bağlanmaması Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayına təsir edə bilər:

“Novruz bayramında Azərbaycana ən çox turistin gəldiyi ölkə İrandır. Ötən illərdə İrana sanksiyaların tətbiq olunması və digər faktorlarla bağlı iranlı turistlərin kənara çıxmasında fərqli yanaşma sərgilənirdi. 2019-cu ildə İrandan Azərbaycana 255 min turist gəlib. 2018-ci illə müqayisədə turist sayında 6,3 faiz artım olub. 2019-cu ilin mart ayında İranda baş verən siyasi proseslərlə əlaqədar 35 mindən artıq turist gəlib. 2018-ci ilin martında 71 mindən çox turist gəlmişdi. Bu ilin yanvar ayında İrandan Azərbaycana gələnlərin sayış 13 min olub. Hər şey qaydasında getsəydi, yəni sanksiyalar artırılmasa, koronavirus olmasaydı, İrandan Azərbaycana gələn vətəndaşların sayında ötən illə müqayisədə 20 faiz artım olacağı proqnozlaşdırılırdı”.