Ev Turizm Xəbərləri Koronavirusun Avropada əsas mənbəyi açıqlanıb – Turistlər burada yoluxub

Koronavirusun Avropada əsas mənbəyi açıqlanıb – Turistlər burada yoluxub

Koronavirus

Avstriyanın Tirol federal torpağı koronavirisin Avropada yayılmasının əsas mənbələrindən biri olub. Bu barədə “Der Spiegel” məlumat yayıb.

Bildirilir ki, bir çox turistlər populyar Patsnaun-İşql dağ-xizək kurortunda infeksiyaya yoluxublar. Onlara xəstəliyə tutlan norveçlilərin yarıdan çoxu, danimarkalıların isə üçdə biri aiddir. Avstriyanın özündə hər dörd xəstədən biri Tirolun payına düşür. Ölkədə 20196 xəstə var və onlardan 6 nəfəri ölüb.

İslandiya hələ martın 5-də kurortun təhlükəli olduğunu bəyan edib. Amma region hökuməti turizm mövsümünün bağlanması barədə ancaq martın 14-də qərar qəbul edib. Üstündən 5 gün keçəndən sonra Tirolun bütün ərazisində karantin elan edilib.

Tirolun təhlükəli olduğu barədə Berlindəki Robert Kox institutunun infeksiya xəstəlikləri şöbəsinin əməkdaşları da xəbərdarlıq ediblər. Alimlər buranı dünyada ən təhlükəli 10 ərazi siyahısına salıblar.