Ev Turizm Xəbərləri Kruiz nədir ?

Kruiz nədir ?

Kruiz

Kruizlər ən bəyənilən səyahət növlərindəndir. Buna səbəb bu turların bir çox üstünlüklərə sahib olmasıdır. Bu səbəblərin hansılar olduğunu bilmək üçün oxuyun.

Kruizlə səyahət üçün 9 səbəb

  1. Daima dəyişən mənzərə. Beləki siz hər hansı oteldə istirahət edərkən istirahət müddəti ətrafınızda eyni mənzərə görürsünüz. Ancaq kruizlərlə səyahət hər günə bir mənzərəylə oyanırsınız.
  2. Çamadanları ora bura daşımaq əziyyəti yoxdur. Yükləri daşımaq, hər kurrortda bir otelə yerləşmək əziyyəti olmadan rahatlıqla müxtəlif ölkələrlə tanış olursunuz
  3. Yol yorğunçuluğu olmur. Kurrortla, şəhərlər arası səyahətdən yorulmursunuz. Siz sadəcə əylənirsiniz və istirahətdən zövq alırsınız.
  4. Yeni dadlar kəşf edəcəksiniz. Adətən restoranlarda yeni yemək sifariş verilmir, çünki, bəyənmədiyi bir şey üçün ödəniş etmək istənmir. Kruizlərdə isə müxtəlif ölkələrin yeməklərini yemək pulsuzdur.
  5. Qiymət və Keyfiyyət. Kruizlər ən üstün xidmət bəxş edir. Beləki, kruizlərə ödədiyiniz məbləğin qarşılığında maksimum istirahəti əldə edirsiniz.
  6. Kruiz müddəti əyləncəli şou proqramlar. Brodvey teatrı da daxil olmaqla bir birindən fərqli şoular turizstlərin səyahətini unudulmaz edir.
  7. Dənizdən Gün batımı və Gün döğuşu. Bu sözlə ifadə edilə bilməz. Bunu görməlisiniz.
  8. Kruizlə insana azadlıq hissi bəxş edir. Sonu görünməyən okean insana rahatlıq bəxş edir. Şəhərlər arası gəzinti insana azadlıq və üstün xidmət sizin dünyada xüsusi bir yerinizin olmasını hiss etdirir.
  9. Kruizlər insanda aludəçilik yaradı. Kruizlərlə səyahət edənlər yenidən kruiz turuna qoşulurlar.

Qısa müddətli səyahət istəyənlər 7-10 günlük kruizlərə qoşula bilərlər. Ancaq dünyada əsasən 25-30 günlük kruizlərə üstünlük verilir. Beləki insanlar məzuniyyətlərinin kruizlərdə keçirirlər.

Ən uzunmüddətli kruiz bu ilin avqust ayında baş tutacaqdır. Viking Sun ggəmisi ilə baş tutacaq 245 günlük kruiz zamanı 59 ölkədə 113 liman şəhərinə səyahət ediləcəkdir.