Ev Turizm Xəbərləri Meksika səfiri: “İki il ərzində Azərbaycandan idxalımız 12,4 faiz artıb”

Meksika səfiri: “İki il ərzində Azərbaycandan idxalımız 12,4 faiz artıb”

Meksika

Azərbaycanla Meksika arasında əməkdaşlıq mədəniyyət, turizm, ticarət kimi sahələrdə uğurla inkişaf edir.

Bu barədə jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.

Təkcə 2017-2018-ci illərdə Azərbaycanın Meksikaya ixracı 12,4 faiz artıb. Bu gün Azərbaycanın pivə idxalının 12 faizi Meksikanın payına düşür“, – deyən səfir 2007-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın Azərbaycanda səfirliyi açılandan sonra iki ölkə arasında əlaqələr daha geniş vüsət aldığını qeyd edib.

“Ticarət əlaqələri 2017-ci ildə Azərbaycanın Meksikaya ilk ticarət missiyası təşkil edilməsilə inkişaf etməyə başlayıb. Cari ildə Meksikanın Azərbaycanda üçüncü ticarət missiyası təşkil olunub. Azərbaycan iş adamları ilə iki müqavilə imzalanıb. Həmçinin 2018-ci ildə Bakıda keçirilən “Xəzər Neft və Qaz” Konfransında Meksika Neft İnstitutunun da nümayəndələri iştirak etmişdilər”, – deyən diplomat ikitərəfli əlaqələrin inkişafına 2017-ci ildə imzalanmış hökumətlərarası sazişin də xeyli təkan verdiyini diqqətə çatdırıb.