Azərbaycanda kənd təsərrüfatının bir vaxtlar tamamilə tənəzzülə uğramış üzümçülük və şərabçılıq sahəsi prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafı strategiyası əsasında yenidən dirçəlib. Nəinki dirçəlib, belə demək olar ki, bu sahə son illərdə qoyulan yatırımlar, müasir texnologyaların cəlb edilməsi, yeni emal müəssisələrinin açılması sayəsində sürətlə kənd təsərrüfatının aparıcı sektorlarından birinə çevrilməkdədir.
Bu günlərdə dərc etdiyimiz reportajda bəhs edildiyi kimi Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinə məşhur rusiyalı milyarder Fərhad Əhmədov da sanballı yatırımlar qoyub. Səhmləri F.Əhmədova məxsus olan “AzNar” QSC-nin törəmə müəssisəsi olan “Kənd” MMC tərəfindən İsmayıllı rayonu ərazisində uzunmüddətli icarəyə götürülmüş 1500 hektarlıq sahənin 300 hektarında üzüm bağları salınıb.
