Ev Turizm Xəbərləri Misirin Sinay qubernatorluğu “Müqəddəs ailə” yolunun bərpasına başlayıb

Misirin Sinay qubernatorluğu “Müqəddəs ailə” yolunun bərpasına başlayıb

Misir

Misirin Sinay qubernatorluğu Rəfah yaşayış məskənindən müasir Faramayadək uzanan “Müqəddəs ailə” yolunun bərpası layihəsinə başlayıb. Cənubi Sinay qubernatorunun bəyanatında qeyd olunur ki, yolun bərpasının tezliklə başa çatdırılması əl-Farma regionunda dini, arxeoloji və tarixi turizmin inkişafına təkan verəcək.


AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, qubernatorluğun baş katibi Üsamə əl-Qandur qeyd edib ki, Həzrəti Məryəm, Yusif və İsa peyğəmbərin Roma imperiyasının və yəhudi kralı Herodun təqibindən gizləndikləri Məryəm Ana monastırına aparan bu yol 25 regiondan keçir. Misirin İnkişaf naziri Mahmud Şəravi ötən ilin noyabrında bəyan etmişdi ki, “Müqəddəs Ailə” yolunun təmiri 2020-ci ilin iyununda başa çatacaq. Onun sözlərinə görə, bu məqsədlə nazirliklər, vilayətlərin rəhbərlikləri arasında sıx qarşılıqlı fəaliyyət qurulub.

Çoxlu sayda turist cəlb edəcək bu tarixi yol layihəsinin həyata keçirilməsi məqsədilə Turizm və Qədim Abidələr nazirliklərinin iştirakı ilə keçirilən iclasda qeyd olunub. Bərpa işlərində Qahirə, Beheira, Şərqiyə, Kəfr Əl-Şeyx, Minya, Assuit, Qərbiyə və Şimalı Sinay vilayətlərinin dövlət qurumları iştirak edəcəklər. Əlavə olunub ki, bu yolun istifadəyə verilməsi yeni iş yerlərinin açılması, infrastrukturun yaradılması və turizmin inkişafı baxımından mühüm olacaq. Layihənin ilk mərhələsində Cəbəl Tair, Mühərrəq və Dərnəkə monastırları da bərpa olunacaq. Daha sonrakı mərhələdə Qahirə və Beheirada beş arxeoloji abidənin də bərpası nəzərdə tutulur.