Ölkəmiz Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Moskvada keçirilən “MITT 2019” sərgisində iştirak edir.
Martın 14-dək davam edəcək sərgidə ölkəmizi 20-dən çox turizm şirkəti və hotellərin nümayəndələri təmsil edir.
Yeni turizm brendinə uyğun dizayn edilmiş stendimizdə video çarxlar nümayiş etdirilir. Təbliğat çap materialları paylanılır.
Azərbaycan stendinin açılışında çıxış edən Fuad Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının ən önəmli iştirakçılardan biri olduğunu, ildən-ilə Azərbaycana gələn rusiyalı turistlərin sayında artım olduğunu qeyd edib.
Sərgi çərçivəsində Fuad Nağıyev bir sıra iri turizm şirkətlərinin nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçirib.
26-cı ildir ki, təşkil olunan sərgi turizm sənayesinin əsas iştirakçıları ilə ünsiyyətin qurulmasında və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır.