Fərqli mənzərəyə malik dağlar
1.Raşmor dağı
ABŞ-ın “Raşmor dağı” adlanan abidəsi ölkənin 4 prezidentinə (Corc Vaşinqton, Avraam Linkoln, Tomas Ceferson və Teodor Ruzvelt) həsr olunmuşdur. Prezidentlərin dağ üzərində yerləşən fiqurları qranitdən hazırlanmışdır. Barelyefin hündürlüyü 18,6 metr təşkil edir.
ABŞ-ın milli abidəsinin tikintisinə 1927-ci ildə başlanılıb. Layihə üzərində demək olar ki, 500-ə yaxın insan işləyib. Layihəyə heykəltəraş Qudzon Borqluma rəhbərlik edib.
Memorial, hazırlanması güman edilən və layihədə nəzərdə tutulan versiyadan bir qədər fərqlənir. Əvvəlcə, prezidentlərin heykəllərinin bir xətt boyunca eyni uzaqlıqda yerləşmələri planlaşdırılsa da, qayanın quruluşu bu planı gerçəkləşdirməyə imkan verməyib. Buna baxmayaraq, memorial yenə də ABŞ-ın milli abidəsi statusu alıb.
2.Rorayma dağı
Rorayma dağı Braziliya, Venesuela və Qayana Respublikalarının arasında yerləşir. Rorayma dağı Kanayma milli parkının bir hissəsi hesab olunur və YUNESKO-nun dünya mədəni irs abidələri sırasında yer alır. Dünyaca məşhur Anhel şəlaləsi məhz bu dağda yerləşir.
Rorayma dağının ən hündür zirvəsi Maverik Rok adını daşıyır. Zirvə təxminən 2810 metr hündürlüyündədir. Dağ öz qeyri-adi görünüşü ilə hər kəsin diqqətini cəlb edir. Dağ 400 metr hündürlüyündə olan dik qayalarla əhatə olunub.