Michelin ulduzu – 1900-cu ildə Fransada yaranan bu ulduzlar bütün dünyada müəyyən qədər tanınır. Deyilənlərə görə, hətta başqa ölkələrdə bu ulduzu olan aşbaz və restoranın qapısından insalar çəkilmir. Bunun nə qədər doğru və ya yalan olduğunu bilmirik. Bilinən bir odur ki, bu ulduzlardan Azərbaycanda nə aşbaz nə də restoran almayıb. Bəs buna səbəb nədir? Ölkəmizdə fəaliyyət göstərən otellər və restoranlar Assosiasiyasının sədri Samir Dübəndi cavablandırarkən bildirib ki,bu ulduzlar aşbazlara verilir.
“Michelin restaurant guids” var ki bu ulduzları da həmin təşkilat verir və artıq 150 ildir ki, Fransada fəaliyyət göstərir. Amma Azərbaycanda hələ ki, bu təcrübə yoxdur. Ola bilsin buna Azərbaycanda maraq göstərən olmayıb. Fransada bu ulduzun yaranması isə ondan irali gəlir ki, Fransa özünü dünyanın ən zəngin mətbəxə malik olması ilə öyünür. Bu gün bütün dünyada artıq mətbəx mədəni bir irsə çevrilib.
O ki, qaldı bu ulduzu alan aşbazlara onlar adətən bahalı restoranlarda çalışırlar. Michelin ulduzu isə təsnifatına görə, sayca 3 olur. Bu gün bu ulduzu alan aşbazlar daha çox Avropa mətbəxini və Fransa mətbəxini təmsil edirlər. Ümumiyyətlə Michelin ulduzu bir ənənəyə çevrilib. Bildiyimiz kimi Michelin maşın təkəri istehsal edən şirkətdir. Lakin 1926-cı ildən belə qənaətə gəlinib ki, Michelin bələdçiləri mətbəx sahəsinə də daxil olsunlar – deyə assosiasiya rəhbəri Samir Dübəndi bildirib.
Azərbaycanda bu ulduzları ala biləcək kifayət qədər bacarıqlı aşbazlarımız var. Hətta ölkəmizdə aşbazlıq sənətini nəsildən nəsilə daşıyırlar da var.
Hesab edirəm ki, biz Azərbaycanda Michelin ulduzlarına bənzər təsnifat yaratmalıyıq. Belə təsnifatları yaratmaqda bizim assosiasiya ilə yanaşı dövlət qurumları da iştirak etməlidirlər.
DAİR artıq 10 ildən çoxdur ki, belə bir növ bu funksiyanı yerinə yetirir. O vaxtlar Baku guide restoran adlanan təşkilat Azərbaycan Restoranlar və Otellər Assosiasiyası hazırda da bir növ bu funkiyanı yerinə yetirir. Sadəcə DAİR reytinq təşkli etmir deyə assosiasiya rəhbəri qeyd edib.
Michelin ulduzu bir oyundur
Bəzi ölkələrdə Michelin ulduzunu qaytaranlar da var. Amma sənətin inkişafı üçün, restoranların inkişafı üçün doğru addımdır. Bu ulduzu peşəkarlara versələr yaxşıdır. Lakin ulduzlrın verilmə standartları tam açıqlanmır . Bizim bildiyimiz bəzi standartlar var. Amma tam dəqiqliyi ilə bu göstəricilər açılqlanmır. Nə üçün və hansı standartlar əsasında verilir bu ulduzlar?! Bu sözləri məslə ilə bağlı açıqlama verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov bildirib.
Michelin ulduzunu həmin təşkilat kimə istəyirlər ona da vrirlər. Ötən il 3 nəfər michelin ulduzu olan Niderlandlı aşbaz gəlmişdi Azərbaycana və bizim michelin ulduzu olmayan aşbazlar, Maksim və Seymurla işlədilər. Səfərlərinin sonunda onlar özləri dedilər ki, bizim aşbazlardan çox şeylər öyrəndilər və bizim aşbazların onlardan güclü olduqlarını etiraf etdilər.
Mən hələlik Azərbaycanda michelin ulduzu alacaq restoran görmürəm. Misal olaraq şərtlərdən biri restoranın 70% yerli ərzaqla təmin olunmasıdır. Zalın, mətbəxin və qulluğun bir-birinə uyğun gəlməsidir. Bizim aşbazlar michelen ulduzu almaq üçün heç təhsilə də fikir vermirlər. Bizdə yerli restoranlar buna hazır deyillər. Nəinki yerli restoranlarımız heç qonşu ölkələrdə də bu ulduzlarla maraqlanmırlar. Bəlkə də düz edirlər – deyə Tahir Əmiraslanov bildirib.
Bizim aşbazlar arasında müxtəlif titulları olan aşbazlar da var. Keçən il beynəlxalq yarışda 44 ölkənin arasından İlin aşbazı Araz Əhmədov , ilin Asiya aşbazı isə Sərxan bəy oldu.
Hazırda Milli Kulinariya Assosiasiyasında və beynəlxalq təşkilatlarla birlikdə iş gedir . Gələcəkdə bizim özümüzün ulduzumuz olacaq və bu beynəlxalq səviyyəyə çatdırılacaq. Amma bütün bunları yaratmaq üçün müəyyən bir vaxt lazımdır deyə Tahir Əmiraslanov bildirib.
Məlumat üçün bildirək ki, ulduzlar aşağıdakı təsnifatlara bölünür.
* Öz kateqoriyasında çox yaxşı restoran (Une très bonne table dans sa catégorie)
** Əla yeməklər, gəlmək üçün yolu uzatmağa dəyər. (Table excellent, mérite un détour)
*** Xüsusi, qeyri-adi mətbəx, gəlmək üçün səyahət etməyə dəyər. (Une des meilleures tables, vaut le voyage)
Bu ulduzlar hər ilin Fevral ayında verilir. İki ulduzu olan bir restoranın bir ulduza enmək riski də var. Bu ulduzlara sahib dünyada 500-ə yaxın restoran var, onlardan təxminən 50 restoranın 3 ulduzu var, ən çox 3 ulduzu olan restoranlar birinci Tokioda, ikinci Parisdədir.