Ev Turizm Xəbərləri Nə üçün İspaniya ən rəqabət qabiliyyətli turizm istiqamətidir?

Nə üçün İspaniya ən rəqabət qabiliyyətli turizm istiqamətidir?

İspaniya

İspaniya turizm istiqaməti kimi təkcə yaxşı resurslara (sahil zolağı, günəşli günlərin sayının çox olması, qastronomiya və mədəniyyət) malik deyil, həm də öz sərvətini səmərəli idarə edə bilir. İnfrastrukturunun yüksək səviyyədə olması İspaniyanı dünyada ən rəqabət qabiliyyətli turizm ölkəsi edir.

Bu barədə məlumat Dünya İqtisadi Forumunun (DİF) 2019-cu il üçün səyahətlər və turizm sahəsində rəqabət qabiliyyətlilik haqqında hesabatında əks olunub.

Hesabatda deyilir: “İspaniya turizm baxımından dünyanın ən rəqabət qabiliyyətli iqtisadiyyatına malikdir, dünyada ən çox səfər edilən ikinci ölkədir. O, turizmə istiqamətlənmiş iqtisadiyyat yaradıb. Sektorun daxili xərclərinin təqribən yarısı əcnəbilərin payına düşür”.

İspaniyanın Sənaye, Ticarət və Turizm naziri Reyes Marotonun sözlərinə görə, İspaniya dövlət administrasiyalarının, işgüzar dairələrin, turoperatorların və turizm sektoru işçilərinin fəaliyyəti sayəsində artıq dörd ildir ki, bu reytinqə başçılıq edir. Beləliklə, İspaniya bu sahədə liderliyi yenidən öz əlində saxlayır (o, 2015-ci ildən birinci yeri tutur) , çünki DİF-ə görə, məhz bu ölkə turizm üçün vacib olan bütün xüsusiyyətləri səmərəli şəkildə özündə birləşdirir, təbiət və mədəniyyət resursları ilə fərqlənir.

İnfrastruktur İspaniyanın daha bir güclü tərəfidir. DİF İspaniyada otellərin sıxlığının (bu il otelyerlər həmişəkindən daha çox yer yaradıblar), habelə nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Dünya Turizm Təşkilatının son məlumatlarına görə, Fransadan sonra ən çox səfər edilən ikinci ölkə İspaniyadır. Onun ardınca ABŞ və Çin gəlir.

Daha bir əsaslı arqument konqres-turizmin lehinə gətirilib. Madrid Barselona ən çox tədbir keçirilən və onları yüksək şəkildə təşkil edən iki şəhərdir.