Ev Turizm Xəbərləri “NABUCCO A&C” şirkəti Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

“NABUCCO A&C” şirkəti Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

NABUCCO A&C

Caspian Energy Forum son illər ərzində regionda yeganə unikal platformaya çevrilib. Onun çərçivəsində dövlət və özəl sektor təmsilçilərinin fəal dialoqu qurulub. Bu da iqtisadiyyatın neft-qaz və qeyri-neft sektor nümayəndələrini xüsusilə sevindirir. Əminəm ki, sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019 bu ənənəyə sadiq qalacaq və dialoqun daha da fəallaşmasına xidmət edəcək”. Bu fikirləri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev səsləndirib.

Telman Əliyevin sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunmuş 9-cu Beynəlxalq Caspian Energy Forum-un növbəti partnyoru uzun müddətdir əməkdaşlıq edilən “NABUCCO A&C” şirkəti olub. “Öz layihələri ilə Azərbaycanda yaxşı tanınan “NABUCCO A&C” şirkəti sıralarında dünyanın 50 ölkəsindən 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club-un ən fəal üzvlərindən biridir. Biz bu şirkətlə gələcəkdə də sıx əməkdaşlıq etməyə hazırıq və partnyorluq üçün açılan yeni imkanlara görə şadıq”, – deyə Telman Əliyev söyləyib.

NABUCCO A&C” tikinti şirkətinin baş direktoru Kəmaləddin Mənsimov Caspian European Club ilə əməkdaşlığı və regional xarakter daşıyan Bakıdakı illik forumun təşkili üçün partnyorluğu yüksək qiymətləndirdiyini bildirib. “Biz Azərbaycanda İsveçin “ASTRON BUILDINGS” şirkətinin rəsmi və eksklüziv inşaat partnyoruyuq . Tikiinti sahəsində lider mövqeni tuturuq. Bu il yaradılmağımızın 10 ilini qeyd edirik. Əsas fəaliyyət istiqamətlərimiz sənaye və kommersiya təyinatlı tamkomplektli polad qurğuların layihələndirilməsi, istehsalı, çatdırılması və montajıdır. Şirkətimiz gələcəkdə də Caspian European Club ilə səmərəli əlaqələri davam etdirmək niyyətindədir”, – deyə Kəmaləddin Mənsimov qeyd edib.

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq. Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltdASC, “AzerTelecomASC, “AzeriСardASC, “ICODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm” və “Vien Group” şirkətləri də yer alıb.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com