Ev Turizm Xəbərləri Naxçıvan MR-in özünəməxsus turizm loqosu hazırlanıb

Naxçıvan MR-in özünəməxsus turizm loqosu hazırlanıb

turizm

Naxçıvan Muxtar Respublikasının (MR) “Saat Meydanı” Turizm İstirahət Mərkəzində 27 sentyabr Ümumdünya Turizm Günü qeyd olunur. Turizm İşçiləri Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

Gezmeli.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan MR-in Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, bölgənin qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır: “Məhz bu səbəbdən Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvanı dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd edib”

“Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvanın Turizm Departamenti arasında “Naxçıvanda turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanıb. Birgə fəaliyyət çərçivəsində “Take another look” brendi yaradılıb. Loqoya uyğun olaraq Naxçıvan MR-in özünəməxsus yerli loqosu hazırlanıb.

Qeyd edək ki, sonda Naxçıvanın turizm loqosunun təqdimat videoçarxına baxış olub.