Artıq bu otellərdə sizdən nigah kağızı tələb etməyəcəklər
Hazırda ölkəmizdə ümumilikdə 563 otel var. Bu rəqəmlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən açıqlanıb. Bu otellər arasında 1, 2, 3, 4, 5 ulduzlu həmçinin ulduz təsnifatı olmayanlar da var. Hazırda ölkəmizdə mövcud olan otellər arasında qəribə qadağa var. Belə ki, bəzi otellər yerli vətəndaşlara oteldə qonaqlamaq üçün kəbin kağızı tələb edir. Daha doğrusu bəy ilə xanımın bir nömrədə gecələməsi üçün bu cür qadağa mövcuddur. Halbuki ölkə qanunvericiliyində belə bir qadağa yoxdur. Digər ölkələrdə də bu kimi qadağalar mövcud deyil. Bu kimi halların olduğunu nəzərə alaraq bəy və xanımların oteldə bir nömrədə gecələməsi zamanı kəbin kağızı tələb etməyən otellərin bir qismiin siyahısını hazırlayıb. Məlumat üçün bildirək ki, siyahıda adları olan otellər qonaqlamaq üçün müştərilərindən yalnız şəxsiyyət vəsiqəsini tələb edir. Bu da qeydiyyat üçün tələb olunur. Məlumat üçün bildirək ki, siyahıda ölkənin tanınmış otel brendlərinin də adı yer alıb.
Otelin adı | Qiymətlər – 2 nəfərlik standart nömrələr | Qiymətə daxil xidmətlər |
Central Park hotel 4* | 140 manat | Səhər yeməyi |
Astoria hotel 4* | 80 manat | Səhər yeməyi |
Hotel Emerald 4* | 90 manat | Səhər yeməyi,hovuz, fitnes |
Staybridge Suites Baku 4* | 139 manat | Səhər yeməyi, fitnes zal, lunch otağı,2 ci 3-cü 4 cü günlər furşet verilir. |
Alp Hotel İnn 4* | 62 manat | Səhər yeməyi |
Egaist hotel 4* | 60 manat | ———————- |
Holiday İnn Baku 4* | 221.60 manat | Səhər yeməyi,fitnes zal,spa,hovuz |
Gorgud hotel and Spa 3* | 80 manat | Səhər yeməyi,hovuz,fitnes |
Life Holiday Baku 4* | 60 manat | Səhər yeməyi |
Winter Park Hotel Baku 4* | 203 manat | Səhər yeməyi |
Baku Palace hotel 3* | 50 manat | Səhər yeməyi |
JW Marriott Absheron Baku 5* | 415 manat | Səhər yeməyi, fitness zal, sauna, hovuz |
Red Roof hotel 3* | 40-50 manat | Səhər yeməyi,sauna, fitnes zal, bilyarda, hovuz |
Ariva hotel 4* | 80 manat | Səhər yeməyi |
Amber hotel 3* | 80 manat | Səhər yeməyi |
Fairmont Baku Flame Towers | 332 manat | Səhər yeməyi,hovuz, sauna |
Hilton hotel | 427.40 manat | Səhər yeməyi, fitness zal, hovuz,sauna |
Rigs hotel 3* | 80 manat; 3-4 saat 50 manat | Səhər yeməyi |
Du Port hotel 3* | 90 manat | Səhər yeməyi |