Bizim milli təsnifat sistemimizdə 7 ulduzlu otellər nəzərdə tutulmayıb. Otellər yalnız birdən beşə qədər təsnif olunublar. Hazırda bu təsnifat sistemi də heç işləmir. Bunun səbəbi isə odur ki, Mədəniyyət və Turizm Nazirliyi ayrılaraq iki fərqli qurum oldular. Hazırda ölkə otellərinin təsnifatlandırılması üzərində işlər gedir. Çox gümanki ilin ikinci yarısından etibarən yeni qaydalar tətbiq olunacaq . Bu sözləri Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi bildirib.
Dünya təcrübəsində otellər 1- 5 arası təsnif olunurlar. Ümumiyyətlə otellərlə bağlı bir çox təsnifat sistemləri var. Rəqəm, hərf , ulduz və s . Amma Avropada geniş yayılmış təcrübə ulduz təsnifat sistemidir deyə assosiasiya rəhbəri bildirib. Bu gün artıq 30 yaxın ölkədə Avropa Hotellər və Retoranlar Assosiasiyası tərəfindən ulduz təsnifat sistemi tətbiq olunur.
7 ulduzlu otel təcrübəsinə qaldıqda isə bu BƏƏ nin Dubay şəhərində inşa edilmiş Burj Al Arab otelinə verilib. Bu da o səbədən edilib ki, dəbdəbəli olduğu xüsusən fərqlənsin – deyə Samir Dübəndi bildirib.