Ev Turizm Xəbərləri Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? – ARAŞDIRMA

Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? – ARAŞDIRMA

Turistlər

Azərbaycanın müxtəlif bölgələrinin zəngin və səfalı təbiətə malik olması ölkədə daxili turizmin inkişafında əhəmiyyətli rol oynayır.

Ölkədə fəaliyyət göstərən turizm təşkilatları, agentlikləri, turoperatorlar ilin müxtəlif dövrlərində bölgələrə səyahət-ekskursiya turları təşkil edirlər. Bu cür səyahətlər, həmçinin turizm yollayışları (putyovka) vasitəsilə həyata keçirilir. İnsanların turizm yollayışlarından istifadə etməsinin əsas səbəbi səyahətlə bağlı vaxt və pul itkisini minimuma endirməkdir.

Son statistik məlumatlara əsasən, 2017-ci ildə Azərbaycan daxilində səyahət etmək üçün ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bütövlükdə 12 454 ədəd turizm yollayışı satılıb.

Hesabat ilində səyahət agentlikləri və turoperatorlar tərəfindən Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 11,285 mln. manat dəyərində turizm yollayışları satılıb ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə, 2015-ci illə müqayisədə isə 14 dəfə çoxdur. 

2017-ci ildə ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılan yollayışların dəyəri 5,608 mln manat həddində olub. Bu göstərici əvvəlki ilə nisbətən 43% həddində artım nümayiş etdirib.

Yay aylarında, xüsusən tətillərlə əlaqədar olaraq, bölgələrə səyahət etmək istəyənlərin sayının və bütövlükdə turizm xidmətlərinə tələbatın artması ənənəvi olaraq müşahidə olunur.

Ölkənin müxtəlif bölgələrində yerləşən istirahət mərkəzlərinə olan yollayışların qiymətləri tədqiq edilib. Bu mərkəzlərə verilən turizm yollayışlarının dəyəri bir nəfər üçün gündəlik 25-70 manat diapazonunda dəyişir. Bu qiymətə 3 dəfəlik qidalanma da daxildir. Aşağıdakı cədvəldə daha ətraflı məlumat təqdim olunur:

Cədvəl