Ev Gəzməli yerlər Gəzəyənlər Ötən il Qobustan qoruğunu ziyarət edən xarici ölkə vətəndaşlarının sayı 50 mini...

Ötən il Qobustan qoruğunu ziyarət edən xarici ölkə vətəndaşlarının sayı 50 mini ötüb

Ötən il 58 min xarici ölkə vətəndaşı Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət edib.

Qoruğun direktoru Vüqar İsayev  bildirib ki, əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən – Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, Fici adaları və Dominikan Respublikası kimi ölkələrdən də qoruğu ziyarət edənlər olub.

Qobustan

Vüqar İsayev vurğulayıb ki, ötən il ərzində qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görülüb. Qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub. Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.