Kanadada yerləşən “Aprilli Design Studio” şirkəti müstəqil səyahət edən otel otaqları istehsal etməyə hazırlaşır. Bu yeni texnologiyadaki məqsəd müştərilərə öz otaqlarını tərk etmədən – qısası heç bir fiziki əziyyət çəkmədən getdikləri şəhərləri gəzmək imkanı yaratmaqdır.
Otel otaqları batereya ilə gücləndiriləcək və 10 saata qədər fasiləsiz səyahət etmək qüvvəsində olacaq. Hər bir otağın 5 nəfərə qədər müştəri tutumu var. Otaqlarda, quraşdırılmış yataqlar, şəxsi vanna otaqları, kiçik mətbəx və əyləncə üçün ayrılmış xüsusi məkan yer alır.
Şirkət, otel sənayesində bir gün inqilaba yol aça biləcək bu innovasiyanı 2030-cu ilə qədər cəmiyyətə təqdim etməyi düşünür. Qeyd olunan tarixə baxdıqda, bütün sənaye sahələrinin yüksək texnologiya ilə idarə olunacağı dövrün çox da uzaqda olmadığını proqnozlaşdırmaq mümkündür.