Qədim Səmərqəndin küçələrində dolaşmaq, Daşkəndin Şərq bazarına baş çəkmək, Buxaradakı məscid və mədrəsələrin divarlarında naxışlara tamaşa etmək Özbəkistana səyahətə yollanan turistlərin hərəkət planlarının yalnız bir hissəsidir. AZƏRTAC RİA Novosti agentliyinə istinadla oxuculara ən ləziz plovun harada hazırlandığı, səhranın qızmar qumlarında hansı göldə çimmək və özünü əsl köçəri kimi hiss etmək barədə bəhs edəcək.
