Ev Gəzməli yerlər Gəziləcək Yerlər Praqa səyahət bələdçisi

Praqa səyahət bələdçisi

Praq

Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir.

Praq

Deyir söz vaxtına çəkər, elə keçən il bu vaxtlar idi Praqaya gedəndə, daha doğrusu may ayının 4-ü. Səhər saat 6-da Budapeştin Nepliget avtobus stansiyasından holland qrup yoldaşım ilə yola düşdük Praqaya. “Səni bildik, biz necə gedə bilərik ora?” sualını verdiyinizi eşidirəm  Bakıdan Praqaya ən az xərclə və rahat yollardan biri, WizzAirlə Budapeştə uçub buradan da qatar və ya avtobusla Praqaya getməkdir. Budapeştdən Praqaya qatar da, avtobus da hardasa 7 saata gedib-çatır. Həm qatar, həm də avtobuslar çox rahatdır. Qatarların için restoran kupesi var, istədiyiniz hər şeyi  ala bilərsiniz. Avtobus isə, Slovakiyanın paytaxtı Bratislavada və səhv etmirəmsə Çexiyanın Brno şəhərində 2 dəfə dayanır. Və yaxud da öncədən sendviçinizi, suyunuzu alıb çantanıza qoya bilərsiniz.

Praqada harada qalmalı sualına gəldikdə?

otel

Praqanın mərkəzi və gəziləcək görüləcək yerlər bir-birinə yaxın olduğundan mərkəzə 10-15 dəqiqəlik piyada məsafəsində yerləşən ucuz hostellər tapa bilərsiniz. Və yaxudda AirBnbdən istədiyiniz xüsusiyyətlərə malik evlərdən birini seçə bilərsiniz. Biz mərkəzdən 10 dəqiqə piyada məsafəsində yerləşən Chili hosteldə qalmışdıq. 2 nəfərlik otaqda, 2 gecə üçün 52 avro ödəmişdik, 1 adam üçün bir gecəsi 13 avro. Hostel sosyallaşmaq imkanının bu dəfə də bizdən gizlətməmişdi, bu şəkildə gördüyünüz qəribə geyimli, 20-ci əsrin əvvəllərinə aid film aktrisalarına bəzəyən alman əsilli Avstraliya vətəndaşı Noradır, hosteldə tanış olmuşduq və Praqanı demək olar bir yerdə kəşf etmişdik.

Praqada nə yeməli? 

Sualın cavabını açığı özüm də dəqiq bilirəm, çünki mərkəzi yerlərdə, turistik məkanlar olduğundan dünya mətbəxindən yeməklər daha çox olur, çex yeməkləri isə donuz əti çox istifadə olunduğundan həddən artıq yağlı olur. Nə içməli? sualına gəldikdə, yəqin ki, şübhəsiz ilk ağla gələn məşhur çex pivəsi olur. Pilsner Urquell ən məşhur və yaxşı çex pivələrindən hesab olunur. Bundan başqa hər bir restoranın özünün hazırladığı xüsusi pivələr var ki, onların da dadına baxmaq olar. Məsələn, biz 6 rəngdə müxtəlif dadda olan əlişi pivələrin dadına baxdıq. Praqa dedikdə yada düşən 2-ci içki isə təbii ki, Absinthedir. Bu Praqaya gəlmişəm, azı yarım litr Absinthe içəcəm deməmişdən qabaq bir daha fikirləşin məncə, alkoqol miqdarı, çox olduğundan (45-75 dərəcə arası dəyişir), çalışın özünüzdən muğayat olasınız :).


Praqa

Gəldik ən çətin sual olan “Praqada haraları gəzə bilərik sualına?”. Ona görə çətin ki, Praqada hər bir bina, hər bir heykəl, hətta küçədəki hər bir daş tarix qoxur. Gəzəndə bilmirsən Praqanın ətrini duymaq üçün aşağı baxasan ya yuxarı?! Yenə də gəzib gördüyüm, baş çəkdiyim yerlərdən çalışacam sizlərə də məsləhət olan əsas yerləri bu yazıda göstərim. Di sayyah səyahətdə gərək 

Budapeşt 2-ci hissə – Peşt


İlk dayancağımız, daha doğrusu turumuzun başladığı nöqtə Municipal House (Bələdiyyə və ya hökümət evi) oldu. Burada 1918-ci ildə o vaxtkı Çexoslavakiya Resbuplikası elan olunub. Küçə ilə irəlilədikçə sağda Powder Tower görsənir. 1475-ci ildə tikilən bu qara rəngli qotik bina şəhəri giriş qapılarından biri olub. Bu yolla irəliləyib gələcəksiniz, Qədim şəhər meydanına. Bütün şəhərlərdə olduğu kimi Praqada da ən turistik məkan məhz Old Town Square və ya Qədim şəhər meydanıdır.

Budapeşt

Tyn və Məryəm kilsəsi

Şəhər meydanının 4 bir tərəfi gözməli, arxitektur binalarla əhatələnib.  Yaz-yay aylarında meydanda tez-tez canlı musiqi konsertləri təşkil olunur, bəxtiniz gətirərsə, sizə də rast gələ bilər. Meydanda durarkən 2 hündür qülləsi olan tamamilə Disney qəsrlərinə oxşayan Tyn və ya Məryəm Ana kilsəsini görəcəksiniz. Kilsə çox hündür olduğundan demək olar şəhərin hər yerindən görsənir, əgər yolunuzu azsanız ki, bu yaxşı şeydir yeni şəhəri kəşf etmək üçün  kompas kimi Tyn kilsəsindən istifadə edə bilərsiniz. Kilsəni görmək üçün ən yaxşı vaxt günortadan sonra hava tam qaralmamışdır, el dili ilə desək qaş qaralanda. Hava qaralmağa başlamış, kilsənin işıqları yandırılır və budur qarşınızsa əsrarəngiz bir mənzərə. Qədim şəhər meydanında mütləq baş çəkilməli olan yer isə Astronomik saatdır. Dünyada işlək vəziyyətdə olan yeganə astronomik saatdır bu. Saat hər saatın tamamında zəng çalır və divardan çıxan müxtəlif fiqurlar oynaya-oynaya yenidən divardakı digər qapıdan içəri daxil olurlar. Saatın tamamına 15 dəqiqə qalmışdan artıq turistlər məkanın qabağına yığışırlar.

Budapeşt

House at the Minute

Astronomik saatı gördükdən sonra, meydandakı House at the Minutebinasına baş çəkmək olar. Bina başdan ayağa qədim Yunan əsatirlərindən olan hekayələrin qrafitiləri ilə bəzənib. Burdan sonra isə yolumuzu salırıq Praqanın göz-bəbəyi, simvolu olan Çarlz körpüsünə. Körpü Vltava çayı üzərindən keçir və üzərində 30a yaxın heykəl var. Heykəllər xristianlıqdakı müqəddəsləri təmsil edir. Bəzi heykəllərin üzərində qızılı yerlər görəcəksiniz. Diqqətlə baxsanız qızılı yerin kənarlarının qapqara olduğuna şahid olacaqsınız. Bu yerlər dəydikcə sürtünərək qızılı rəngə boyanıb. Bu yerlərə toxunan zaman arzuladığın arzuya çatacağına inanılır, hər ehtimala yoxlamaq olar yəqin ki 

Roma tətilləri

Körpüdə müxtəlif küçə musiqiçiləri ifalar edir, rəssamlar şəkil çəkir və suvenir satanlar maqnitlərini satırlar. Körpünü keçəndən sonra sağda Franz Kafkanın Muzeyi yerləşir. Praqada bir neçə Franz Kafka Muzeyi adında muzey olsa da əsl olanı məhz budur. Çarlz körpüsündən sağa dönəndə. Yox əgər körpüdən 1-2 küçə sola irəliləsəniz əfsanəvi the Beatles qrupunun üzvü John Lennonun adını daşıyan divara rast gələcəksiniz. John Lennon divarı başdan ayağa  qrafitilərlə bəzədilib və demək olar ki, hər gün köhnə qrafitilərin üzərinə yeniləri çəkilir. Hərdən çex gənclər bu divarın önündə durub John Lennonun mahnılarını oxuyaraq küçə musiqiçiliyi edirlər. Bəxtiniz gətirsə bax bu videodakı kimi, siz də John Lennondan bir şey dinləyə bilərsiniz.

Roma

Petrin qülləsi

Təpənin üzərindəki parka çıxan pilləkənlardən birində Komunizm qurbanlarının ruhuna ithaf olunmuş heykəlləri görə bilərsiniz. Təpənin üzərinə çatdıqda isə Parisdəki Eyfel qülləsinin oxşarı olan Petrin qülləsini görə bilərsiniz. Qüllədən 10 dəqiqəlik piyada məsafəsində Praqa Qəsri yerləşir. Qəsr qədim qəsrlər arasında ən böyüyüdür. Qəsrdə Prezident sarayı yerləşdiyindən, qəsr yerindən 1sm belə tərpənməyən və gözlərini qırmayan, Koroğluya bənzər bələdçilər tərəfindən qorunur. Hər saatın tamamında bələdçilərin təntənəli yer dəyişimi olur, turistlər tərəfindən kifayət qədər maraqla qarşılanan hadisələrdən biri də məhz bu növbə dəyişimidir. Qəsrin yaxınlığında digər maraqlı arxitektur bina Müqəddəs Vitus Katedralı yerləşir.

Budapeşt 1ci hissə – Buda

Katedraldan keçib, Rampart bağlarına baş çəkə bilərsiniz. Yolüstü Wallenstein saray bağlarına da baş çəkmək məsləhətdir. Saray bağında müxtəlif quşlara, xüsusilə də tovuzquşlarına rast gəlmək olar. Oradan isə Letna park və ya Beer Garden deyilən yerə gedə bilərsiniz. Bura Praqanın ən hündür yerlərindən hesab olunur və şəhərə gözəl mənzərə açılır. Eyni zamanda burada acmısınızsa buradakı kiçik kafelərdə kəmərin altını bərkidə bilərsiniz.

Dancing buildings

Bundan başqa rəqs edən binalar (Dancing buildings) kimi tanınan binaları görmək istəsəniz, Vltava çayının Old Town olan hissəsində çayın sahili ilə irəliləməlisiniz. Demək olar bütün şərqi Avropa ölkələrində olduğu kimi, Praqada da yəhudi məhəlləsi var. Məhəllədə maraq çəkəcək şeylər, Sinaqoq və qədim qəbirstanlıqdır. Sinaqoq və qəbirstanlıq nə qədər ciddi, kədərli yerlər olsalar da hər ikisinə girişin pullu olması adama bir o qədər gülməli gəlir.

Almaniya Reyn-ruhr turu

Praqa turumuzun 2-ci günü, Praqadan 1 saatlıq məsafədə yerləşən Kutna Hora qəsəbəsinə getməyi qərarlaşdırdıq. Mərkəzi dəmir yolu vağzalından biletlərimizi alıb, köhnə qatarlara minib yola düşürük. Kutna Horanı məşhur edən orada yerləşən Sedlec Ossuary kilsəsidir. Kilsəyə kənardan baxanda adi normal kilsədir, amma içəri girdiyinizdə hər şey dəyişir. Kilsənin içərisi 40 000 insan sümüyündən dekor edilib. Kilsənin yerləşdiyi Sedlec monastrının həyətinə 13cü əsrdə baş rahiblərdən biri Qüdsdən torpaq gətirərək səpir. O zamandan sonra kilsə müqəddəs ərazi hesab olunur, bütün mərkəzi Avropanın camaatı burada dəfn olunmaq istəyir. 14cü əsrdə vəba xəstəliyindən, 15ci əsrdə isə müharibə nəticəsində bir xeyli adam həlak olur və ölələrin çoxusu burada basdırılır. Məzarlığın ərazisi xeyli böyüdüyündən, ərazini kiçiltmək üçün qəbirlərin bir xeylisi qazılır və sümüklər çıxardılaraq piramida kimi kilsənin içərisinə yığılır. 19cü əsrdə şahzadə Schwarzenberg monastırı alır və saxsı ustası Rinkə buranı dekor etməyi tapşırır. Usta da əlindən gələnin ən yaxşısını edib, belə bir möhtəşəm iş çıxardır ortalığa. Kilsənin içində insan sümüklərindən Schwarzenberglərin gerbi, bakal, çilçıraq və s. düzəldilib.


Almaniya

Praq

Kilsəni qeyri-adi hisslərlə tərk edib axşam tərəfi yenidən qayıdırıq Praqaya. Qayıdırıq ki, səhərisi gün yenidən özümüzü ataq tarix qoxan küçələrə və özümüzü verək çex pivəsinə.

Son olaraq Praqada gəzməli yerlər barəsində verəcəyim son məsləhət isə Praqanın bütün küçələridir. Özünüzü hosteldən, evdən atın Praqanın küçələrinə, dar, enli, küçələri, dalanlar gəzin, binaların üzərinə baxın. Hər yerdə yeni bir arxitektura nümunəsi, yeni bir tarix görəcəksiniz.