Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək XVIII Zirvə Görüşünün təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru.
Təşkilat Komitəsi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratmalı və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, habelə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası isə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində görüləcək işlərlə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.