Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan ediləcək.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına gedə bilərsiniz. Həmçinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarıda bu siyahıya daxildir. Giriş həm yerli, həm xarici turistlər üçün qeyd edilən tarixdə saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.