Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın – Şahdağın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin təbiətinə görə Quba turistlərin ən sevimli yerlərindən biridir.
Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa, Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Heyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.
Xınalıq kəndi
