Region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsindən mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.
Quba, Qusar, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən hotellərin nümayəndələri ilə Qubada keçirilən görüş zamanı qeyd olunub.
Tədbirdə, həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən region hotelləri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulmasından danışılıb. Regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumlar yaradılıb. Destinasiya Menecmenti Təşkilatlarının Qubada yerləşən bölməsi təqdim olunub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək. DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotellərin Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaqdır.
Azərbaycan Hotel Assosiasiyası regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda da ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.