Ev Turizm Xəbərləri Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrində yeni səhifə açıldı

Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrində yeni səhifə açıldı

turizm

Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli mətbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.

Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.

Viza qaydaları, valyuta, nəqliyyat sistemi, ölkənin iqlimi, tətil və bayram günləri haqda ətraflı informasiyalar yerləşdirilən səhifənin sonunda Rusiyadan olan məşhur blogerlərin Azərbaycana dair təəssüratlarına da yer verilib. Həmçinin səhifəyə keçidləri çoxaltmaq məqsədilə rəqəmsal sferada xüsusi reklam bannerlərinin yerləşdirilməsi işlərinə başlanılıb.

Gündəlik 67 min ziyarətçi sayı olan “Profi+travel” onlayn portalının əsas funksiyası müxtəlif ölkələrin turizm məhsullarının tanıdılmasını həyata keçirməkdir. Partnyorlarla biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir. Bundan əlavə, portal vasitəsilə turizm destinasiya və məhsulları turizm mütəxəssisləri arasında B2B (Biznesdən-biznesə) və B2C (Biznesdən-müştəriyə) formatlarında təbliğ olunur.