Rusiyalı Turistlərin Azərbaycana gəzintisi
Naftalan
Azərbaycanın Naftalan şəhəri rusiyalı turistlər tərəfindən xüsusi diqqət çəkib.
Rusiyanın “TurStat” analitik agentliyinin araşdırmalarına görə, 2017-ci ildə yaxın əcnəbi ölkələr arasında Naftalanın istirahət məkanları rusların sevimli istirahət yerlərinə çevrilib.
Belə ki, rusların Naftalana neftlə müalicə almaq üçün gəldikləri bəlli olub. Araşdırmalara görə, hər il Naftalana 10 min turist gəlir ki, onların yarısından çoxunu əcnəbi turistlər təşkil edir.
Naroç istirahət mərkəzi
Naftalandan sonra isə rusların yaxın ölkələr arasında ən çox getdiyi yerlərdən biri də Belarusda yerləşən Naroç istirahət mərkəzidir. Naftalanın başçılıq etdiyi sıralamada üçlükdə isə Qazaxıstanın Sarıaqaş istirahət mərkəzi qərarlaşıb.