Ev Turizm Xəbərləri Rusiyanın iri turizm şirkətləri Çinə turların satışını dayandırıb

Rusiyanın iri turizm şirkətləri Çinə turların satışını dayandırıb

turizm

Rusiyanın iri turizm şirkətləri Çinə turların satışını dayandırıb.

AZƏRTAC xəbər verir ki Rusiya Federal Turizm Agentliyinin (RFTA) tövsiyəsinə əsasən, ölkənin iri turizm operatorları Çinə turların satışını dayandırıblar. Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, “Anex Tour”, “İnturist”, “Tez Tour” kimi iri şirkətlər yanvarın 24-dən Çinə turların satışından imtina ediblər. Bu ölkəyə getməkdən imtina etmiş turistlər ödədikləri məbləği tam şəkildə geri ala biləcəklər. Eyni zamanda, Çinə aviareyslər hələlik qadağan edilməyib.

RFTA epidemioloji vəziyyət sabitləşənədək Çinə səfərlərdən imtina etməyi, turizm şirkətlərinə isə turların satışını dayandırmağı tövsiyə edib.

Rusiyalı turistlər arasında ən populyar istiqamət olan Çinin Xaynan şəhərində koronavirusa yoluxma halı qeydə alınmasa da, RFTA orada olan turistlərə otelləri tərk etməməyi tövsiyə edib.