Ev aktual Ruslar Türkiyə otellərini gözdən salmağa çalışır

Ruslar Türkiyə otellərini gözdən salmağa çalışır

32
0
Türkiyə

Türkiyə turizminin səviyyəsi bütün dünyada məlumdur. Qardaş ölkənin kurort zonalarında hər dövlətdən turist görmək mümkündür. Çünki xidmət səviyyəsi yalnız xoş sözlərə layiqdir.

Bizimyol.info xəbər verir ki, nədənsə Rusiya saytları son vaxtlar Türkiyə otellərini ciddi tənqid edir. Xəbərlərə nəzər salanda arqumentlərin çox zəif olduğu görünür. Sanki ruslar Türkiyə otellərini gözdən salmağa çalışır.

“Lenta.ru” “Yandeks Dzen” layihəsindən bəzi bloqları yayıb. Burada Türkiyə otelləri hədəf götürülüb. Guya ruslar qardaş ölkənin istirahət məkanlarında kütləvi şəkildə koronavirusa yoluxurlar. Materialda konkret faktlar yoxdur. Hiss olunur ki, məqsəd Türkiyə otellərinə böhtan atmaqdır.

Yazılarda mücərrəd adamların fikirləri yer alıb. Belə təqdim olunur ki. guya həmin adamlar Türkiyədə virusa yoluxublar. Bloq müəllifi yazıb ki, bu ölkəyə gedib çıxmaq asandır, amma otel seçimində hər vaxt yanılmaq mümkündür.

Rusiya saytlarında son vaxtlar ard-arda yazırlar ki, Türkiyənin kurort zonalarına gələn yoxdur, turist qıtlığı yaşanır.