Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Kocori qəsəbəsində “Səmada nahar” (“Dinner in the Sky”) restoranının açılış mərasimi keçirilib.
Gürcüstan bu cür ekstremal məkanın istifadəyə verildiyi 71-ci ölkə olub.
Restoranda 50 metr hündürlükdən asılmış xüsusi kranda yerləşdirilmiş stolda eyni zamanda 22 qonağa xidmət göstəriləcək.
Attraksionda bir nəfər üçün qiymət 199 – 345 lari (73-125 dollar) təşkil edir.
Açılış mərasimində Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili də iştirak edib. O, bildirib ki, “Səmada nahar” attraksionu Gürcüstana səfər edən turistlər üçün cəlbedici olacaq.
Qeyd edək ki, ilk “Səmada nahar” restoranı 2006-cı ildə Belçikada açılıb.