Ev aktual Səyahət edənlərin yarıdan çoxu tətil haqda yalan informasiya verir

Səyahət edənlərin yarıdan çoxu tətil haqda yalan informasiya verir

27
0
Tətil

Səyahət edənlərin yarıdan çoxu heç vaxt tətillərini pis keçdiyini boyunlarına almırlar.
Aviabiletlərin axtarışı servisi “Jet Cost” tərəfindən 4 000 respondent arasında aparılan sorğu səyahət edənlərin əhəmiyyətli hissəsinin keçirdiyi tətilə dair yalan danışdığını göstərib.
Belə ki, sorğuda iştirak edənlərin 34%-i havaya, 29%-i yaşayış şəraitinin səviyyəsinə, 27%-i ekskursiyaların sayına dair yalan danışıblar. Bundan başqa onlar içdikləri alkoqolun (23%), xərclədikləri pulun (21%) həcminə dair də həqiqəti əks etdirməyən məlumatlar verirlər.
Tətildə olanların 68%-i istirahət haqda danışarkən aldıqları zövq barədə şişirdilmiş məlumat veriblər. Respondentlərin 52% isə heç bir halda tətilin pis keçdiyini deməyəcəklərini qeyd ediblər.
Sorğuda iştirak edənlərin 10%-i tətil haqda sosial şəbəkələrdə feyk şəkillər yerləşdirdiklərini bildiriblər. Bu cür hərəkətin əsas səbəbi kimi isə xoş təsir bağışlamaq və olduğundan yaxşı görsənmək göstərilib.