Ev Turizm Xəbərləri Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən altı yüz mindən çox ziyarətçi...

Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən altı yüz mindən çox ziyarətçi gəlib

Turist

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min insan gəlib. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

Gələnlərin 28 faizi Gürcüstan, 27,4 faizi Rusiya, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirliklərindəndir. 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrdən olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz)-dir. Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan – 1,8 dəfə, Səudiyyə Ərəbistanından – 1,8 dəfə, Türkmənistandan – 1,6 dəfə gələnlərin sayı artıb. Pakistandan – 1,5 dəfə, Çindən – 46,1 faiz, Yaponiyadan – 32,5 faiz, Gürcüstandan – 22,9 faiz, Omandan – 17,4 faiz artıb.

Bu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub.

Cari ilin yanvar-mart aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından, xarici ölkələrə səfər edib. Azərbaycan Respublikası vətəndaşlarının 83,6 faizi dəmir yolu və avtomobil, 15,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.