Beşulduzlu otel
Yaponiyada bileti üç mindən 10 min dollara qədər olan qatar işə düşüb. Yüksək qiymətlər dəbdəbədən zövq almaq istəyənləri qorxutmayıb. 2018-ci ilin yazına qədər biletlər alınıb.
Gezmeli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, “Suite Shiki-Shima” (“İlin dörd fəsli”) adını alan qatar Tokio və Hokkaydo adası arasında hərəkət edəcək.
Foto: The Yomiuri Shimbun / AP / East News
“Suite Shiki-Shima” qatarı jurnalistlərə 2017-ci ilin martında təqdim edilib, mayın əvvəlində isə ilk səyahətinə çıxıb. Bir nəfər üçün dördgünlük səfərin qiyməti 500 mindən 1,05 milyon iyenə başa gəlir.
Foto: The Yomiuri Shimbun / AP / East News
Dünyanın ən dəbdəbəli qatarı Tokio və Hokkaydo arasında mayın 1-dən hərəkət etməyə başlayıb.
Foto: The Asahi Shimbun / Getty Images
Dördgünlük səfər zamanı sərnişinlər gözəl mənzərələr, kiçik kəndlərin görünüşündən zövq ala biləcəklər.
Foto: The Asahi Shimbun / Getty Images
Qatarda elit hotellərin nömrələrini xatırladan 17 lüks nömrə var. Onlardan ən bahalısı ikimərtəbəlidir, burada yataq, qonaq və hamam otağı mövcuddur.
Foto: The Asahi Shimbun / Getty Images
Vaqon-restoranda yapon aşpazları səyahətçilər üçün gözəl yeməklər hazırlayırlar.
Foto: The Asahi Shimbun / Getty Images
Bəzi otaqlarda istirahətdən başqa, meşə, çəmən və ətraf kəndlərin gözəlliyindən zövq alaraq işləmək də mümkündür.
Foto: The Asahi Shimbun / Getty Images
Restoranın menyusu VİP-səyahətçilər üçün xüsusi olaraq hazırlanıb və regionun ən yaxşı kulinar ənənələrini əks etdirir.
Foto: The Asahi Shimbun / Getty Images
“Suite Shiki-Shima” qatarının sərnişinləri yalnız gözəl yol mənzərələrində deyil, eləcə də canlı musiqidən həzz ala bilərlər.
Foto: The Asahi Shimbun / Getty Images
Möcüzəvi qatarın xarici görünüşünü “Porsche”, “Ferrari” və “Maserati” ilə çalışan məşhur dizayner Ken Kiyuki Okuyama yaradıb.
Foto: The Asahi Shimbun / Getty Images
Burada istirahət etməkdən başqa, həm də hinoki ağacından hazırlanmış ənənəvi yapon vannasında çimmək mümkündür.
Restoranda masa son dəb ilə hazırlanıb, gülərüz personal isə sizə xidmət göstərmək üçün hazırdır.