Səyahət servisi olan “Tutu.ru” təyyarə bortunda ən dadlı qidası olan aviaşirkətlərin top-10-luğunu tərtib edib.
Reytinqdə ilk yer “Uzbekistan Havo Yullary”-ına çatıb. Sərnişinlər aviaşirkəti iri porslara, fərqli dadlı qidaya, spirtli içkilərin olmasına və yaxşı içki seçiminə görə tərifləyirlər.
“Uzbekistan Havo Yullary”-nın reyslərində sərnişinlərə soyuq qəlyanaltı (ət məmulatları və pendir), tərəvəz qəlyanaltıları (mövsüm tərəvəzləri), desert (pirojna, meyvə salatı, quru meyvələr), çörək-bulka məmulatları, isti ət xörəyi, çay, kofe, sərinləndirici işkilər və şərab verilir. Davamiyyəti 6 saatdan çox olan reyslərdə, həmçinin yüngül nahar da nəzərdə tutulub.
Siyahıda ikinci yerə isə “Azerbaijan Hava Yollary” layiq görülüb. Qidaya isti xörəklər, salatlar, qoz, desert, şərab, həmçinin qeyri-məhdud sayda çay və kofe daxildir.