Qış turizmi
Yanvarın 17-dən etibarən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizək xətlərinin bəziləri turistlər üçün açılıb.
TravelNews.Az xəbər verir ki, bu günə kimi fəaliyyətin dayandırılmasına səbəb qeyri-sabit hava şəraiti olub. Bugündən etibarən xizək yolları mərhələli şəkildə istifadə olunacaq. İlk olaraq P8 və W2 yolları xizəkçilər üçün açılıb. Digər xizək yamaclarında iş yekunlaşmaq üzərədir.
Qeyd edim ki, Tufandağ Böyük Qafqaz silsiləsində yerləşir. Hündürlüyü 4191 metrdi.Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.
Bu zirvə Böyük Qafqaz suayrıcı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.Təbii ki bu sadəcə bir əfsanədir.
Qeyd edək ki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində 10 xizək yolu mövcuddur.