Bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasıdır. Bu məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər var. Həmçinin Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin yaradılıb. Dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bu səbəbdən ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma olub. Cari ilin mart, aprel, may, iyun və iyul ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12,0 dəfə və 13,0 dəfə ictimai iaşə xidmətlərinin həcmi azalıb.
Cari ilin iyul ayında ictimai iaşə dövriyyəsi ötən ilin iyul ayı ilə müqayisədə 3,7 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 50,2% azalaraq 415,3 mln. manat təşkil edib.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46%-i hüquqi şəxslərin, 54%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 44,2% azalaraq 189,3 mln. manat olub.