Cari il Oğuz rayonuna 16 min 500 nəfərdən çox turist gəlib. Gələnlərin 1100 nəfərini xarici turistlər təşkil edib.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Son illər Oğuzda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 32 turizm və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. İstirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sinaqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir.
Rayonda kənd yaşıl turizm növü də getdikcə geniş yayılmaqdadır.